Suallar
Tez-tez verilən
suallar.
Qiymət, ödəniş, domen, hosting və proses haqqında konkret cavablar. Tapmadığınızı WhatsApp-da soruşun.
Başlanğıc qiymətlər: landing page 179 AZN, şəxsi/portfolio saytı 249 AZN, biznes saytı 349 AZN, məhsul kataloqu 690 AZN, onlayn mağaza 1 890 AZN. Dəqiq məbləği səhifə sayı, dizayn səviyyəsi və funksiyalar müəyyən edir — kalkulyatorda dərhal görürsünüz.
İki mərhələdə: 50% iş başlayanda, 50% təhvildə. Hər layihə yazılı müqavilə ilə başlayır: iş siyahısı, qiymət və müddət əvvəlcədən yazılır. Ödəniş nağd və ya bank köçürməsi ilə.
Hosting (paketə uyğun plan), SSL, korporativ e-poçt (paketə görə), gündəlik backup, işləmə monitorinqi, təhlükəsizlik yeniləmələri və kiçik məzmun dəyişiklikləri. Aylıq: landing 20, portfolio 20, biznes 29, kataloq 49, mağaza 99 AZN.
Xeyr. Domen sizin adınıza alınır və illik ödənilir: .az — 50 AZN, .com / .net / .org — 35 AZN. Qeydiyyatı və DNS ayarlarını biz edirik. Domeniniz varsa, pulsuz qoşuruq.
Bu, ilkin hesablamadır. Yekun qiymət detallar dəqiqləşəndən sonra yazılı təklifdə təsdiqlənir. Adətən fərq olmur və ya çox kiçik olur.
Hosting saytın işlədiyi serverdir. Ayrıca almırsınız — hər paketə uyğun hosting planı aylıq xidmətə daxildir: Start (landing, portfolio), Biznes (biznes, kataloq), Pro (mağaza). Çox böyük mağazalara ayrıca VPS təklif edirik.
[email protected] kimi ünvanları Spaceship Spacemail üzərində açırıq. Telefonda (iOS/Android), kompüterdə və brauzerdə işləyir. Biznes və kataloqda 3, mağazada 5 qutu daxildir; landing və portfolio üçün 1 qutu ayda 5 AZN. Daha çox qutu: 3 qutu — 10 AZN, 5 qutu — 15 AZN aylıq.
Domen sizin adınıza qeydiyyatdan keçir. Biz yalnız texniki idarəni aparırıq. Xidmətdən ayrılsanız, transfer kodunu sizə veririk.
Admin paneliniz varsa — bəli: mətn, şəkil, qiymət və məhsulları özünüz dəyişirsiniz. Kataloq və mağazada daxildir, digər paketlərə 220 AZN-ə əlavə olunur. Admin panel olmadan kiçik dəyişiklikləri biz pulsuz edirik.
Bəli. Hər sayt əvvəlcə telefon üçün dizayn olunur, sonra planşet və kompüter üçün yoxlanılır.
Bir dil daxildir. Rus, ingilis, türk və ya başqa dil hər biri 60 AZN-dir. Dil dəyişmə düyməsini də qururuq.
Məzmun (mətn, şəkil) bizə çatdıqdan sonra: landing 5–7, portfolio 7–10, biznes 10–14, kataloq 14–21, mağaza 30–45 iş günü. Dəqiq tarix müqaviləyə yazılır.
Problem deyil. Nə lazım olduğunu siyahı ilə göndəririk, mətnləri birlikdə hazırlayırıq və lisenziyalı keyfiyyətli fotolardan istifadə edirik. Peşəkar çəkiliş istəsəniz, ayrıca təşkil edirik.
Dizayn mərhələsində 2 tam düzəliş dövrü daxildir. Təhvildən sonrakı 2 ay ərzində kiçik dəyişikliklər pulsuzdur.
2 ay pulsuz texniki dəstək: xətalar düzəldilir, kiçik dəyişikliklər edilir, admin paneldən istifadəni öyrədirik. Sonra hosting, backup və dəstək aylıq xidmətlə davam edir.
30 gün əvvəl xəbər verməklə çıxa bilərsiniz. Ödənişlər tamamlandıqdan sonra saytın fayllarını və domenin transfer kodunu sizə təhvil veririk.
Veb lüğəti
Terminlər, sadə izahla
Biznesiniz üçün sayt quraq.
Funksiyaları seçin, qiyməti dərhal görün. Detalları WhatsApp-da birlikdə dəqiqləşdirək.